Ölən və yaralananların hamısı tibb işçiləridir.
Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, Əfqanıstan paytaxtında terror aktı törədilib.
Kabil polis idarəsinin mətbuat katibi Firdous Fəramərz bildirib ki, partlayış Doğabad rayonunda baş verib.
Terrorçular partlayıcı qurğunu “Puli-Çarxi” həbsxanasından həkimləri daşıyan avtomobilə yerləşdiriblər.
Ölən və yaralananların hamısı tibb işçiləridir.
Qeyd edək ki, adıçəkilən həbsxanalarda çox sayda İŞİD və “Taliban” terrorçuları saxlanılır.