CENTCOM komandiri etiraf etdi: Əfqanıstan ABŞ üçün böyük məğlubiyyətdir

CENTCOM komandiri etiraf etdi: Əfqanıstan ABŞ üçün böyük məğlubiyyətdir

Terrorizmin beynəlxalq dəstəkçisi olan "CENTCOM" kimi tanınan "Mərkəzi Komandanlıq Qərargahının" keçmiş komandiri etiraf edib ki, Əfqanıstandakı müharibə son iyirmi ildə dörd Amerika hökuməti üçün məğlubiyyət kimi qiymətləndirilib.

Az.rasthaber.comxəbər verir ki, keçmiş CENTCOM komandiri Frank McKenzie Əfqanıstandakı müharibənin son 20 ildə dörd Amerika hökuməti üçün məğlubiyyət olduğunu söylədi.

McKenzie Amerikanın Əfqanıstandakı uğursuzluğunun səbəbi barədə deyib:

"Pakistanlılar heç vaxt Amerikanın qalacağına inanmırdılar, və həmişə gedəcəklərini düşünürdülər".

Keçmiş CENTCOM rəhbəri deyib ki, Taliban hər zaman Pakistanda təhlükəsiz sığınacaqda olub və Vaşinqton “terrora qarşı müharibə” adlanan iyirmi il ərzində nə problemi həll edə, nə də İslamabadla razılığa gələ bilməyib.

Xəbəri paylaş

VİDEOLAR