ABŞ prezidenti Co Bayden ölkə Konqresində bəzi yüksək vəzifəli şəxslərin Rusiyanı terrorçu adlandırmalarına qarşı olduğunu bəyan edib.
Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Konqresdəki bəzi yüksək vəzifəli şəxslər Rusiyanın terrorizmin dövlət sponsoru kimi tanınması istəyini irəli sürdükdən bir neçə ay sonra, Co Bayden bu istəyi rədd edərək müxalif çıxıb.
Reuters xəbər agentliyinin məlumatına görə, görüş zamanı müxbirlərdən biri Baydendən ABŞ-ın Ukraynaya hərbi hücuma görə Rusiyanı “terrorizmin dövlət himayədarı” kimi tanıyıb-tanımamasını soruşub.
Ukrayna böhranı başlayandan bəri Moskvanı təcrid etmək adına Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edən və hətta bunun üçün digər ölkərə təzyiq edən ABŞ prezidenti bu sualın cavabında: "Xeyr Rusiyanı Terrorizmin himayəçisi adlandırmaq olmaz" dedi.