ABŞ müdafiə naziri ilk dəfə qaradərili oldu

ABŞ müdafiə naziri ilk dəfə qaradərili oldu

Cümə günü ABŞ Senatı prezident Co Baydenin nominasiya etdiyi Lloyd Austinin Müdafiə Naziri vəzifəsinə təsdiqləyib.

Rasthaber Azərbaycan VOA-ya istinadən xəbər verir ki, təqaüddə olan General Lloyd Austin ABŞ-da Müdafiə Naziri vəzifəsini tutan ilk Afrikalı Amerikalı olub. Austin Senatda 93-2 səs fərqi ilə təsdiq olunub.

“Ölkəmizin 28-ci Müdafiə Katibi kimi xidmət etmək şərəf və imtiyazdır. Və bu vəzifəni tutan ilk Afrikalı Amerikalı olduğum üçün xüsusi qürur duyuram. Gəlin işə başlayaq”, –  deyə Austin cümə günü Twitter-də yazıb.

Xəbəri paylaş

VİDEOLAR