Ziya Türkyılmaz YAZARLAR
Ziya Türkyılmaz

Suriyanın gələcəyində Türkiyənin mövqeyi

Rast Haber-in Baş Redaktoru Dr. Ziya Türkyılmaz son yazısında Suriyadakı hadisələri qiymətləndirdi və Türkiyənin bu hadisələrdəki mövqeyini təhlil etdi.

Suriyada Baas rejiminin devrilməsi və HTŞ Terror Qruplarının hakimiyyəti ələ keçirməsindən sonra Müqavimət Cəbhəsinin bu ölkədən çəkilməsi ilə təkcə bu ölkədə deyil, bütün bölgədə tarazlığın dəyişdiyini demək olar.

Rusiya, İran və Hizbullahın Suriyadan çəkilməsindən sonra balans pozulduqda meydan ABŞ-a qaldı və bu ölkənin gələcəyi ABŞ-İngiltərə-İsrail üçlüyü tərəfindən ipoteka altına alındı.

Türkiyə hökuməti hər nə qədər Əl-Qaidə və İŞİD qalıqları, keçmiş adı Nüsrə olan İdlibdə yuvalanan HTŞ terror qruplarının Şamı ələ keçirməsinin əsas dəstəkçilərindən biri kimi Suriyadakı nüfuzunu artırdığını iddia etsə də, meydandakı vəziyyət heç də bunu təsdiqləmir.

Suriyada son bir həftə ərzində baş verən hadisələr, o cümlədən Ələvi qətliamı, HTŞ-SDG razılaşması, Dürzilərə imtiyaz siqnalı və s. təkcə Suriyanın deyil, Türkiyənin də əleyhinə inkişaf edir.

Türkiyə Xarici İşlər və Müdafiə nazirlərinin, MİT rəhbərinin son hadisələrdən sonra tələsik Şama getmələri də duyulan narahatlığın və Suriya tənliyindən kənarda qalmanın əlamətləridir.

Açıqcası, Türkiyə hökuməti Suriyada yanlış ata oynadığını yavaş-yavaş anlasa da, ABŞ tapdığı fürsəti dəyərləndirməkdən bir an belə geri qalmır. Türkiyənin Suriyadakı dostları istəmədikləri üçün deyil, bəzi zəifliklərindən dolayı bu gedişatı dayandıracaq və Türkiyəni yardıma çağıracaq gücdən məhrumdurlar.

Türkiyənin Astana Prosesini öz maraqları üçün yetərli görməyərək köhnə tarazlığı pozması, regional həll əvəzinə tək başına və ya bölgə xaricindəki qüvvələrlə koordinasiya yaratması özünə bir fayda vermədiyi və verməyəcəyi kimi, bir yerdə ABŞ-ın və İsrailin gücünə güc qatmasına şərait yaratmışdır, təəssüf ki.

Çünki; Keçən bu üç ay ərzində yaranan vəziyyətdən istifadə edən Sionist Rejim Suriyanın hərbi infrastrukturunu məhv etdi, strateji bölgələrini işğal etdi, Dürzilərin yaşadığı cənub bölgələrində bufer zonası yaratdı, SDG-nin (əslində isə YPG) nəzarətindəki Şimal-Şərq bölgəsindəki kürd qurumuna qanunilik qazandırdı, İsrailin Fərata qədər dəhliz açma (Davud Dəhlizi) fəaliyyətlərini asanlaşdırdı və bu işğalçı rejimin hər keçən gün də hücumlarını artırmasının yolunu açdı.

Terrorist kimliyindən ötrü beynəlxalq alanda məşruiyyət/qanunilik qazanma axtarışında olan HTŞ rəhbərliyi ABŞ-ın qucağına oturmuş vəziyyətdədir. ABŞ-ın təsdiqi olmadan Suriyada hegemonluğunu davam etdirə bilməyəcəyini bildiyi üçün də ABŞ-ın hər dediyinə, tələblərinə uymaq məcburiyyətindədir. ABŞ-ın tələblərinin başında isə baş düşməni İran, Hizbullah və ümumiyyətlə Müqavimət Cəbhəsinin bu ölkə ilə hər cür əlaqəsinin təkcə indi deyil, gələcəkdə də əngəllənməsi, İsrailin təhlükəsizliyinin təmin edilməsi, Suriya üzərində daimi olaraq söz sahibi olmaq üçün Kürdlərin rəhbərliyə ortaq edilməsi, beləliklə başda Türkiyə olmaqla kürd bölgələrində Kürdlər vasitəsilə nüfuzunu artırma planları hazırlaması və nəhayət Qərbi Asiya üzərində yenidən səltənətini gücləndirməsi sayıla bilər.

ABŞ üçün problemli, qanunilik axtaran, özünə möhtac belə bir Qrup liderinin Suriyada işbaşına gətirilməsi tapılmaz bir nemət və fürsətdir. Colani kimi bir terroristin iş başında saxlanılması ABŞ-ın işinə yarayır. Onun qaranlıq keçmişinin, qatilçi, təkfirçi/məzhəbçi olmasının heç bir əhəmiyyəti yoxdur. ABŞ hər hansı bir ölkə liderinin insanlığına, demokrat olmasına, insan haqlarına hörmət etməsinə deyil, maraqlarına nə qədər xidmət edəcəyinə baxır. Öz uğursuz hədəflərinə xidmət etdiyi müddətcə Colanini hakimiyyətdə saxlayacaq və çəkdiyi dairə xaricinə çıxmaq cəsarətində olduğu an da onu təmizləməkdən, yerinə başqa bir kukla gətirməkdən də çəkinməyəcəkdir. Artıq terrorist kimliyi onun aradan qaldırılması üçün daima keçərli bir səbəbdir. Ya ömür boyu əmrlərə uyacaq, ya da daimi müttəfiqi terror rejimi İsrail tərəfindən günü gəldiyində haqqından gəlinəcəkdir.

Yuxarıdakı açıqlamalar işığında Türkiyə hökumətinin ABŞ-İngiltərə-İsrail üçlüyü tərəfindən necə kənara çıxarıldığı daha yaxşı anlaşılır.

Görünüşdə və nəzəriyyədə Suriyada Türkiyə hökumətinin müttəfiqi və ya Türkiyəyə uyğun bir lider və ya bir qrup iş başındadır. Ancaq açıqca göründüyü üzrə Colaninin ipləri praktikada ABŞ-İngiltərə-İsrail üçlüyünün əlindədir və həmişə belə olacaqdır.

Kürəyində yumurta səbəti daşımaq misalı bir terror qrupu rejimi ilə müttəfiq olmaq Türkiyə üçün sadəcə bir vəbaldir.

Çünki;

1-Bu terror sabiqəli lider və qrupları təkfirçi zihniyyətdən əsla arına bilməz, qurtula bilməzlər və Suriyanın sahil bölgələrində etdikləri qətliamlarla bu mahiyyətlərini bir dəfə də isbatladılar. Saqqal qısaltmaqla, kostyum geyinib qalstuk taxmaqla zihniyyət dəyişməz və əslində belə bir niyyətləri də yoxdur. Ələvi qətliamının Türkiyəyə yansımaları düşünüldüyündən daha təhlükəli nəticələr doğura bilər.

2- Colani qrupu rejimi Suriyada iş başında olduğu müddətcə Kürd məsələsi Türkiyənin və bölgə ölkələrinin və Kürdlərin mənafeləri istiqamətində həll olunmayacaq. Əksinə, ABŞ-İngiltərə-İsrail üçlüyünün uğursuz planları ilə Kürd problemi daha da dərinləşəcək və uzun müddətdə Türkiyədə bir sıra qırılmalara, bölünmələrə şərait yaradacaqdır.

3- Colani Qrup Rejimi uzun müddətdə ehtiyacı və mahiyyəti etibarilə Səudilər kimi ABŞ-dan əmr alan Ərəb Rejimlərinin təsirində qalacaq və yenə ABŞ səltənəti altına girəcəkdir. Türkiyə hökuməti yenə umduğunu tapmayacaqdır. Buna Türkiyədə təkfirçilik/məzhəbçilik əleyhinə bir hökumət dəyişikliyi ehtimalını da əlavə etsək, iki ölkə arasındakı əlaqələrin vəhaməti təsəvvür belə edilə bilməz.

Xülasə etsək, ilk gündən etibarən deyildiyi kimi, Colani Qrup Rejimi, ABŞ-İngiltərə-İsrail üçlüyünün planları və oyun qurmaları ilə iş başına gətirilmiş olub, qanunilik qazanmaq üçün bu üçlünün əmrləri xaricinə çıxa bilməz. İsrailin hücumları və ölkəni işğalı qarşısında susan, Kürdlərlə əlaqələrdə ABŞ-ın çəkdiyi məsirdə yürüyən, pan Ərəbçi, məzhəbçi rejimlərin yardımına möhtac bu qrup lideri və rejiminin Suriyanın ərazi bütövlüyü və müstəqilliyini təmin etməsi mümkün gözlənilməməlidir. Bu qrup rejiminin başda Türkiyə olmaqla qonşu Müsəlman ölkələrlə yaxşı əlaqələr qurmasına oyun qurucu ağaları icazə verməz.

SDG (PKK uzantısı PYG) ilə tələsik edilən çərçivə razılaşması bunun ən açıq nümunəsidir. Bu razılaşma Ələvi qətliamı sonrasında hakimiyyətini qorumaq üçün ABŞ-a verilmiş bir güzəştdir. ABŞ Suriyada ortaya çıxacaq hər xalq müqavimətini, hər məzhəbçi qətliamı görməməzliyindən gəlmə qarşılığında yeni güzəştlər qoparacaqdır.

Türkiyəni yaxından maraqlandıran HTŞ-SDG mübhəm/qeyri-müəyyən çərçivə razılaşmasında belə Türkiyə dövlətinin kənarda buraxılması bunun ən açıq nümunəsidir. Suriyaya biçilən gələcək, qurulması planlaşdırılan rejim, muxtariyyət, federasiya və s. adlar altında yaradılacaq bölgələr Suriyanın parçalanması və Sionist rejimə asanlıqla yem edilməsi deməkdir.

Bunun üçün bu kukla qrup rejimini dəstəkləmək də daxil olmaqla 2011-ci ildən bəri Suriya mövzusunda davam etdirilən səhvlərdən bir an əvvəl əl çəkilməsi başda Türkiyə olmaqla Suriyanın və qonşu bölgə ölkə və xalqlarının mənafeyinə olacaqdır.

Xəbəri paylaş

Yazarın bütün yazıları