Ərəb Yarımadasındakı Sionist Arzusu

7 Dəq Oxuma Müddəti

Kökləri İngiltərənin himayəsinə dayanan bir əmirliklər ittifaqının (Əmirat əl-Müttəhidə ət-Tis’iyyə), Zayidin oğullarının əlində Ərəbistan yarımadasında bir “Sionist” arzusuna çevrilməsi dünənə qədər uçuq sui-qəsd nəzəriyyələrinin mövzusu ola bilərdi. Lakin son altı ildə cisimləşən bir reallığa çevrildi. Bəlkə yeddi əmirlikdən ibarət bugünkü Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hakimiyyətini möhkəmləndirən Zəyidin oğullarının İsrailoğulları ilə parlayan ittifaqını təəccüblü olmaqdan çıxarmağın yolu qurucuların tarixindən uzaqlaşmamaqdır.

Soyqırımçı-Epşteyn koalisiyasının İrana qarşı apardığı müharibə utancaq ortaqlıqlar üzərindəki örtüyü əritdi. Əmirliklərin; Səudilərin 2002-ci ildə İsraillə 1967 sərhədləri əsasında Fələstin dövlətinin qurulması qarşılığında normallaşmanı nəzərdə tutan Ərəb sülh planına xəyanət edərək 2020-ci ildə İbrahim sazişlərinə qoşulması sadə bir tanınma addımı deyildi.

Bu saziş Əmirlikləri İrana qarşı genişmiqyaslı yığınağa və xüsusi əməliyyatlar mərkəzinə çevirdi. İsrail çoxşaxəli müdaxilə planları üçün hərbi, kəşfiyyat, texniki və maliyyə elementləri ilə birlikdə qarşı sahildə yerləşmiş oldu.

Bir neçə il içində Mossad İranın iqtisadi şəbəkələrinin izlənməsi, iranlıların casus kimi cəlb edilməsi, İran daxilində casusluq şəbəkələri və əməliyyat hüceyrələrinin qurulmasında Dubay və Əbu-Dabidən təsirli şəkildə istifadə etdi.

Müdafiə, kəşfiyyat və texniki əməkdaşlıqdan əlavə İsrail müharibə zamanı Əmirliklərə “Dəmir günbəz” batareyaları və əsgərlər yerləşdirdi. Bu inkişaflar Əbu-Dabinin İranla qonşuluğu tamamilə yandırmağı gözə aldığını və öz gələcəyini Amerika-İsrail oxu ilə qurmaqda qərarlı olduğunu göstərdi.

Əbu-Dabinin maliyyə əməliyyatlarına icazə vermək kimi İrana nəzarət edən bəzi elastiklikləri, Qüds Gücü Komandanı Qasim Süleymaninin amerikalılarla Əfqanıstan, İraq və Suriyada qurduğu tənliklə bağlı idi. İran siyasətini tamamilə İsrailə indeksləyən Prezident Donald Trampın 2020-ci ildə Süleymanini öldürtməsindən sonra bu tənlik dağıldı. İbrahim sazişləri də bundan 9 ay sonra gəldi. Xuzistan ərəblərindən olan İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani, Əbu-Dabi və Dubay xətləri ilə daha çox pozulmanın qarşısını alan münasibətlərə sahib idi. Son müharibədə onu da aradan qaldırdılar. İsrail hər zaman İranın ərəblərlə münasibətlərini hədəf aldı; sui-qəsdlərlə ya da siyasi diskursla.

Bu müharibə zamanı ərəb liderləri arasında İranın işinin bitirilməsi istiqamətindəki arzular, BƏƏ nümunəsində olduğu kimi soyqırımçı təcavüzlə açıq bir ortaqlığa çevrildi.

Bu səbəbdən də müharibəni aparan güclərə hərbi bazalarını, limanlarını, hava məkanlarını, obyektlərini və logistika xətlərini kullandıran ölkələr arasında cavab zərbələrinə ən çox məruz qalan BƏƏ oldu. Digər Körfəz ölkələri təcavüzkar tərəfə ev sahibliyindən, yəni passiv ortaqlıqdan aktiv ortaqlığa keçməyi gözə ala bilmədi. Məsələn, Səudiyyə Ərəbistanı və Küveyt nəhayət keçən həftə Trampa “Bizi yandıracaq birtərəfli və koordinasiyasız addımlara əl atma” demək məcburiyyətində qaldı. Bu iki ölkə Hörmüzü açmağa yönəlik ümidsiz “azadlıq yolu layihəsi”ndə hərbi bazalarını və hava limanlarını kullandırmaq istəmədi. Hər nə qədər MbS əvvəlcə İrana qarşı müharibənin yarımçıq buraxılmamasını tövsiyə etmiş olsa da!

ABŞ-ın əsas və yeganə prioritetinin İsrailin təhlükəsizliyini təmin etmək olduğunu, şər oxuna qarşı Körfəzin iqtisadi damarlarının cavab zərbələri ilə vurula bilən kimi görüldüyünü və təhlükəyə atılan ortaqları qorumaq üçün çox şey edilmədiyini anladılar. Amerikalılar trilyonluq investisiya vədləri və silah sazişləri ilə daha çox maraqlanırdılar.

Müdaxilələr İsrailin bölgədə hegemon güc olma planlarına görə inkişaf edərkən Əmirliklərin maliyyə və logistika gücü ilə buna qoşulması Körfəzin ümumindəki seçimləri əks etdirən bir şey deyil. Çünki bu, onların qarşılaya biləcəkləri risklərin çox o tayında nəticələr doğurdu. İranın çökəcəyi ya da bir yerə gedəcəyi də yox idi. Əksinə, təcavüzkara ev sahibliyi edərək çöküşünə töhfə verdikləri qonşuda daha qərarlı və özünü həsr etmiş kadrlar önə çıxırdı. Əslində BƏƏ daxilində belə bəzi əmirliklər Zayidin oğullarının sionizmə bu qədər meylli olmasına “bəsdir artıq” demə nöqtəsinə gəlir.

İran müharibəsi eyni zamanda Səudilərin 1950-ci illərdə Büreymi (Oman) və Əl-Əyn (BƏƏ) neft yataqlarını sərhədlərinə qatmaq cəhdi ilə (Büreymi müharibəsi) təməli qoyulmuş düşmənçilikləri qırılma xəttinə daşımaqda bir katalizator oldu. Bu düşmənçiliklərin üstü Kral Fəysaldan etibarən örtülmüşdü. Yaxınlaşmalar olmuş və ortaqlıqlar qurulmuşdu. Lakin son zamanlarda Əmirliklərin Yəmən, Somali və Sudanda etdiyi əməllərlə düşmənçiliklər yenidən dirildi.

Bir əvvəlki səhifədə bunlar vardı: Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın (MbS) atasının xəstəliyi zamanı sarayda ipi əlinə almaq, Qərbdən icazə qoparmaq və Amerika qorumasını möhkəmləndirmək üçün BƏƏ-dəki həmkarı Məhəmməd bin Zayidin (MbZ) rəhbərliyinə ehtiyacı vardı. Yəməndə də “ortaq düşmən” Husilərə qarşı bir müddət birlikdə idilər. Ortaqlıq bir müddət sonra tərsinə döndü. MbZ dövlət başçısı olarkən aralarında regional liderliklə yanaşı qabaqcıl texnologiya və investisiya mərkəzi olmaq mövzusunda rəqabət qızışdı. Bu vəziyyət Əmirliklərin Səudiyyə maraqlarına zidd şəkildə Qırmızı dəniz və Ədən hövzələrində İsraillə əməkdaşlıq halında geosiyasi maneələrlə açıq bir düşmənçiliyə çevrildi. İran müharibəsi başlayarkən Səudilərin Əbu-Dabiyə qəzəbi artıq zirvəyə çatmışdı. Hətta BƏƏ-yə “Yəməndən dərhal çıx” ultimatumu verdilər.

Və nəhayət Əmirliklər İran müharibəsini fürsət bilərək OPEC-dən ayrıldı. Səudilər zərbə aldı. İstehsal kvotaları ilə qiymətləri müəyyən edən neft kartelindəki zəifləmə Trampı da məmnun etdi. Əmirliklərin Körfəz Əməkdaşlıq Şurasından (KƏŞ) çıxması da ehtimal daxilindədir.

İran müharibəsinə ya da İsraillə ortaqlığa qarşı mövqe fərqləri Körfəzdəki ayrışmaları qaçılmaz olaraq böyüdür. Bir dövr “İran və müqavimətçi ‘Şiə Hilalı’, İsrail və ərəblər üçün ortaq təhdiddir” ritorikası ərəbləri sionist gündəmlə hizalamaqda çox işə yaradı. Elə bir nöqtəyə gəldilər ki, Fələstin məsələsi artıq Ərəb Liqasının belində bir yükə çevrildi. Əslində Fələstin məsələsində yerləri bir heç idi!

İsrailin müttəfiqi deyil, ancaq sionist və Məsihçi hegemoniyanın xidmətçiləri və istifadə edilə bilən aparatları ola biləcəklərini anlamaq istəmədilər. Öz taxtlarını borclu olduqları güc tənliyi, yenilənmiş müstəmləkə münasibətləri, maliyyə və təhlükəsizliklə bağlı asılılıqlar səbəbilə işlərinə gəlmədi. Müqavimət Oxu onların rahatlıqla gizlədə bildikləri utanc və xəyanətlərinə güzgü tuturdu. Səudiyyə Ərəbistanı öz tarixi, coğrafi, demoqrafik və iqtisadi reallığı ilə liderliyini əsaslandırmağa ən yaxın Körfəz ölkəsi olaraq bir neçə qırılma nöqtəsindən sonra strateji ittifaq münasibətlərini şaxələndirməyin qaçılmaz olduğunu gördü. Pakistanla ortaq müdafiə sazişi imzalayıb bir mənada nüvə çətiri altına girməsi, əslində İran deyil İsrailin ekspansionist təhdidinin təhrik etdiyi bir addım idi. Çin və Rusiya ilə münasibətlər bir yana, Səudilərin Pakistan, Türkiyə və Misirlə əməkdaşlığını artırması; İsraili, Şiə oxundan sonra öhdəsindən gəlinməsi lazım olan yeni radikal sünni oxu kimi mövqe almağa sövq etdi. Təhdid tərifləri bugünün məlumatlarını deyil, gələcəyin potensial ittifaq münasibətlərini hədəfləyir. Təl-Əviv və Vaşinqtonda qərar mexanizmlərini əsir alan sionist-Məsihçi oxun Riyadın yeni istiqaməti ilə həyəcan siqnalı verib bölgə ölkələrinə Əbu-Dabi modelini tövsiyə etməsi boşuna deyil. Bunu həm tövsiyə, həm də təhdidlə edirlər. Amma nə etsələr də son müharibə İran ilə qonşularını qarşı-qarşıya gətirsə də suyun yatağını bu və ya digər şəkildə dəyişdirir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş