İşğalçı İsrail Beynəlxalq Axtarışda Olan Şəxslərə Sığınacaq Verir

3 Dəq Oxuma Müddəti

“The Grayzone”un hesabatında nələr yer alır?

“The Grayzone” nəşrinin yaydığı araşdırmada işğalçı İsrailin qətl, adam oğurluğu, maliyyə dələduzluğu və cinsi zorakılıq kimi cinayətlərdə ittiham olunan və ya məhkum edilmiş bir sıra şəxslər üçün təhlükəsiz sığınacağa çevrildiyi bildirilir.

Hesabat müəllifləri bildirirlər ki, bu şəxslərin əksəriyyəti ikili vətəndaşlıqdan istifadə edərək işğalçı İsrailə köçüb və bəzi hallarda ekstradisiya olunmaqdan yayına biliblər.

İşğalçı işğalçı İsrailin “Qayıdış Qanunu” dünyanın istənilən yerində yaşayan yəhudilərə İsrail vətəndaşlığı almaq imkanı yaratdığı üçün bəzi hallarda bu mexanizmdən hüquqi məsuliyyətdən yayınmaq məqsədilə istifadə edilir.

Meksika və Ukrayna ilə bağlı nümunələr

Hesabatda Meksikanın keçmiş kriminal istintaq rəhbəri Tomas Seronun adı çəkilir. O, 2014-cü ildə Ayotsinapa şəhərində 43 tələbənin oğurlanması və öldürülməsi işi üzrə Meksika tərəfindən axtarılır.

Bundan başqa, Ukraynada dövlət enerji sektorunda milyonlarla dollar məbləğində vəsaitin mənimsənilməsi işi üzrə ittiham olunan Timur Mindiç və “PrivatBank”ın keçmiş idarə heyətinin sədri Oleksandr Dubiletin də işğalçı İsraildə olduqları və ekstradisiya tələblərinə baxmayaraq təhvil verilmədikləri bildirilir.

Hesabatda qeyd edilir ki, Mindiç Ukrayna Prezidenti Volodimir Zelenskinin təsis etdiyi “Kvartal 95” studiyasının ortaq sahiblərindən biridir.

Maliyyə dələduzluğu ilə bağlı açıqlamalar.

Araşdırmada ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) binar opsion ticarəti ilə bağlı apardığı araşdırmalara da toxunulur.

Nəşr bildirir ki, bu işlər çərçivəsində 150-dən çox İsrail və ya ikili vətəndaşlığı olan şəxsin adı hallanıb. Onların milyardlarla dollar dəyərində maliyyə dələduzluğunda iştirak etdikləri qeyd olunur.

Hesabatda Li Elbaz, Yossi Herzoq, Yaakov Kohen, Ran Amiran və Malhaz Batarkaşvili (Benni Piter) kimi şəxslərin adları çəkilir. Bildirilir ki, onların bir hissəsi ABŞ-də məhkəmə qərarları ilə üzləşsə də, digərləri  İsraildə yaşamağa davam edirlər.

Digər iqtisadi cinayətlər

“The Grayzone” araşdırmasında daşınma şirkətləri vasitəsilə həyata keçirildiyi qeyd olunan dələduzluq sxemlərinə və kiçik şirkətlərin səhmləri ilə bağlı maliyyə fırıldaqlarına da yer verilir.

Bundan əlavə, ABŞ zərgərlik sənayesində böyük maliyyə fırıldağında ittiham olunan Mordexay “Moti” Verder və ABŞ-nin JPMorgan bankına qarşı həyata keçirilən genişmiqyaslı kibercinayət işi ilə əlaqələndirilən Cerri Şalonun da İsraildə olduqları irəli sürülür.

Cinsi zorakılıq ittihamları ilə bağlı məlumatlar

Hesabatda cinsi zorakılıq ittihamları ilə üzləşən bəzi tanınmış şəxslərin də İsrailə köçdükləri bildirilir.

Onların sırasında Meksikanın keçmiş diplomatı Andres Romer, rejissor Bret Ratner və rejissor Brayan Singerin adları çəkilir. Nəşr qeyd edir ki, bu şəxslərlə bağlı müxtəlif ölkələrdə cinayət işləri aparılıb və ya ittihamlar irəli sürülüb.

İsrailə yönələn tənqidlər

“The Grayzone” hesabatındaqeyd olunur ki, bəzi hallarda İsrail müxtəlif dövlətlərin ekstradisiya tələblərini qəbul etməyib və bu səbəbdən beynəlxalq axtarışda olan şəxslərin ölkədə qalmasına şərait yaranıb.

Nəşr bunu əsasən “Qayıdış Qanunu”nun tətbiqi və ikili vətəndaşlıq mexanizmi ilə əlaqələndirir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş