Zərifdən Beynəlxalq Valyuta Fonduna koronavirusla bağlı çağırış

Zərifdən Beynəlxalq Valyuta Fonduna koronavirusla bağlı çağırış

Iranın xarici işlər naziri İran Mərkəzi Bankının Beynəlxalq Valyuta Fondunun koronavirus epidemiyası ilə mübarizə üzrə imkanına təcili əlçatmasını istəyib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün öz tvitter hesabında İran Mərkəzi Bankının Beynəlxalq Valyuta Fondunun bu imkanını təcili surətdə əldə etmək üzrə ərizəsinə işarə edib. Zərif bildirib ki, Beynəlxalq Valyuta Fondu və onun rəyasət heyəti öz vəzifələrinə sadiq qalmalı, doğru tərəfdə dayanmalı və məsuliyyətlə hərəkət etməlidir.

İran Mərkəzi Bankının baş direktoru Əbdolnaser Hemməti koronavirusla mübarizə üçün Tehranın BVF-dən 5 milyard dolların verilməsini istədiyini bildirib. 

"Dünya ictimaiyyətinin və Beynəlxalq Valyuta Fondunun cavabı ziyan çəkmiş xalqın yaralarının sağalması və bu virusun nəzarətə alınmasına kömək istiqamətində onların iddialarının dəyərləndirilməsi üçün yaxşı bir meyar ola bilər.", -deyə Hemməti bildirib.

Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi bir tvitter mesajında yazıb:" İranın xarici işlər naziri BMT-nin baş katibi Antonio Quterreşə məktubda Amerikanın birtərəfli sanksiyalarının götürülməsini istəyib."

Məhəmməd Cavad Zərif, surəti beynəlxalq təşkilatların sədrlərinə və bütün ölkələrin xarici işlər nazirlərinə göndərilən bu məktubda koronavirus xəstəliyi ilə mübarizə üçün Amerikanın İrana qarşı bütün birtərəfli və qanunsuz sanksiyalarının aradan qaldırılması vacibliyini vurğulayıb. 

Beynəlxalq Valyuta Fondunun sədri Kristalina Georgiyeva son zamanlar bir açıqlamada bu fondun koronavirus epidemiyasına məruz qalmış ölkələrə 50 milyard dollar miqdarında fövqəladə maliyyə yardımından xəbər vermişdi.

Qeyd edək ki, Çin koronavirusun yayılmasında ABŞ Ordusunu ittiham edib.

Xəbəri paylaş

VİDEOLAR