24.06.2021 15:00:43
İranın BMT-dəki səfiri və daimi təmsilçisinin köməkçisi Zəhra İrşadi ABŞ-ın Kubaya tətbiq etdiyi sanksiyaları tənqid edib
Rasthaber Azərbaycan xəbər verir ki, İranın BMT-dəki səfiri və daimi təmsilçisinin köməkçisi Zəhra İrşadi bir tərəfli ABŞ sanksiyalarını dünya sülhü və rəfahının önündə bir əngəl olduğunu bildirib.
Zəhra İrşadi BMT iclasında ABŞ-ın Kubaya tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb:
"ABŞ-ın bir tərəfli və düşmən sanksiyalarının bölgə və beynəxalq sülhün bərqərar edilməsi istiqamətində mənfi təsirləri var. Dünya sülhünə zəminə yaradan əsas faktor iqtisadi inkişaf, beynəlxalq rəfah və ədalətdir."
BMT TŞ uzun illər Kuba əleyhinə sanksiyaların ləğv edilməsi üçün lehinə səs versədə ABŞ Kubaya qarşı sanksiyalarına davam etməkdədir. Bu da ABŞ-ın iqtisadi, ticari, maliyyə sanksiyalarını, beynəlxalq hüququ və BMT qətnamələrini heçə sayaraq etdiyinin açıq aşkar nümunəsidir.