Netanyahunun Vitkoff ilə görüşü yarımçıq kəsildi - SƏBƏB

Netanyahunun Vitkoff ilə görüşü yarımçıq kəsildi - SƏBƏB

İsrail mediası bildirib ki, Benyamin Netanyahu Qəzza zolağının şimalında baş verən təhlükəsizlik hadisəsi ilə bağlı təcili xəbərləri aldıqdan sonra hadisənin təfərrüatları barədə məlumat almaq üçün ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoffla görüşünü yarımçıq kəsib.

Az.rasthaber.com xəbər verir ki, açıqlanan məlumata görə, əvvəlcə bir İsrail tankı bomba ilə hədəfə alınıb. Bundan sonra yardım göstərmək üçün yola salınan xilasetmə qrupları bir-birinin ardınca ikinci və üçüncü partlayışların tələsinə düşüb. Nəhayət, dördüncü bomba kiçik silahlardan atəşlə birlikdə əvvəlcə sağ qalan və ya yaralanan qüvvələri də hədəf aldı.


İsrail mediasının məlumatına görə, bu ölümcül pusqu “Netseh Yehuda” bölməsinə qarşı həyata keçirilib; Bu bölmə əvvəllər İordan çayının qərb sahilindəki mübahisəli hərbi və insan haqları aktlarında rol oynayıb.

Xəbəri paylaş

VİDEOLAR