Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov verdiyi açıqlamada İranın uranı 60%-ə qədər zənginləşdirməsini Qərbin qeyri-qanuni sanksiyalarına və aqressiv təzyiqlərinə cavab olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Ulyanov X (keçmiş Twitter) sosial media hesabında mesajında yazıb: "İranın bu hərəkəti (uranın 60%-ə qədər zənginləşdirilməsi) sadəcə olaraq qeyri-qanuni sanksiyalara və təzyiqlərə əks reaksiya sayıla bilməzmi?"
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi daha sonra İranın uranı 60%-ə qədər zənginləşdirməsini “nisbətən təsirli cavab” adlandırıb və əlavə edib: “Görünür, Tehranın qərarı İrana təzyiq etməkdə özlərinin rolu olan ölkələrin narahatlığına səbəb olub”.