Qatil İsrail 24 Saat ərzində 60 mülki vətəndaşı öldürüb

Qatil İsrail 24 Saat ərzində 60 mülki vətəndaşı öldürüb

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi son hava hücumlarında həlak olan şəhidlərin sayı 60-ı ötüb.Yerli mənbələrin məlumatına görə, hücumlar xüsusilə Qəzzanın mərkəzi və cənub bölgələrində cəmlənib. Hədəflər arasında mülki yaşayış məntəqələri, həmçinin xəstəxanalar, məktəb sığınacaqları və yardım paylama mərkəzləri var idi.

Az.rasthaber.com xəbər verir ki, hadisə şahidləri və sağlamlıq mənbələrindən alınan məlumata görə, Qəzzanın mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsinin şimalında bir qrup fələstinlini hədəf alan hücumda 11 fələstinli şəhid olub.

Qəzzanın şərqindəki Ət-Tuffah məhəlləsində əl-Cəmasi ailəsinin evinə edilən hücumda iki fələstinli, Xan Yunisin qərbindəki başqa bir hücumda isə daha iki fələstinli şəhid olub.

Bununla da son sutkada şəhid olanların sayı 58-ə yüksəlib.

Əvvəlki hücumlarda 43 nəfərin şəhid olduğu bildirilib.

Xəbəri paylaş

VİDEOLAR