Yəmənlilər Səudiyyə birjasını çökdürdülər

Yəmənlilər Səudiyyə birjasını çökdürdülər

Yəmən ordusu və xalq komitələri qüvvələrinin Səudiyyə Ərəbistanı ərazisinin içərilərinədək uğurlu PUA hücumları krallıq birjasının göstəricilərini kəskin tənəzzülə düçar edib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, ötən bir neçə gündə yəmənli döyüşçülərin daxili cəbhələrdəki irəliləyişlərinin davam etməsi və onun ardınca Yəmənin ordusu və xalq komitələri qüvvələrinin PUA hücumları bu ölkə birjasının göstəricisini kəskin tənəzzülə məruz qoyub.

Bu, keçən bir il ərzində Ərəbistan birjası göstəricisinin ən kəskin süqutu olub.

Yəmən ordusunun rəsmisi Yəhya Sərii ötən şənbə günü bildirmişdi ki, təcavüzkar Səudiyyə-BƏƏ-ABŞ koalisiyası tərəfindən Yəmən xalqına qarşı mühasirənin və cinayətlərin davam etdirilməsi, həmçinin təcavüzlərin artması və şiddətlənməsinə cavab olaraq Yəmən ordusu və xalq komitələri qüvvələri «səkkizinci çəkindiricilik tarazlığı» əməliyyatını həyata keçirib.

Bu əməliyyatda «Kral Xalid» hərbi bazası və «Kral Əbdüləziz» beynəlxalq hava limanında mövcud olan hərbi hədəflər, həmçinin "Aramco" neft şirkətinin neftayırma zavodları bombalanıb.

Xəbəri paylaş

VİDEOLAR