Yəmən Ənsarullah hərəkatının lideri Əbdülməlik Husi “Beynəxalq Qüds Günü” konfrasındakı çıxışında deyib
Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən Ənsarullah hərəkatının lideri Əbdülməlik Husi “Beynəxalq Qüds Günü” konfrasındakı çıxış edib.
O çıxışı zamanı “Yəmən xalqı Qüdsün dəyərini və Qüdsün azad olmasını heç vaxt unutmayacaq.”, - deyə bildirib.
Husi Qüds Günü çıxışında sonra deyib: “Müsəlman Ümmətin ayağa qalxıb, özünü məsuliyyətli hiss etməsi və Fələstin məsələsinin fərqində olması üçün önəmli bir fürsətdir”
Ənsarullah lideri Yəmən xalqının haqqın zəfəri və Fəlsətin xalqının yardımına qarşı sağlam bir duruşa sahib olduğunu, imanlarına söykənərək Fələstinin müqəddəslərini və Ərəb ölkələrinin suverenliyi üçün çalışdıqlarını bildirib.
“Xalqımız İsraili bütün ümmətin, bölgənin və dünyanın əminamanlığı üçün təhlükə olaraq bilir. Qəsbkar yox edilməli olan xərçəng rejimdir. Adı İsrail olan bu xərçəng tez bir zamanda yox edilməli, bütün azadələrin Sionist işğalçılara qarşı müqavimətini davam etməsi vacibdir.”, -deyə Husi əlavə edib.
Yəmən Ənsarullah lideri bildirib ki, Yəmən xalqı özünü sionizmlə mübarizənin ortasında görür və Qüdsün azadlığı üçün fəaliyyət göstərməyə hazırdırlar.
Husi daha sonra Səudiyyəyə üzünü tutaraq deyib: “Səudiyyəyə xəbərdarlıq edirəm. İslam Ümmətinə xəyanətdən vaz keçsin. Heç bir səbəb olmadan fələstinli məhkumları həbsxanalarda saxlayırlar. Dəfələrlə HƏMAS-lı əsirləri buraxmalarını istədik, amma indiyə qədər bir cavab vermədilər. Səudiyyə hökümətinin HƏMAS üzvü olan əsirləri azad etməkdən imtina etmələri, onların İslam ümmətinə xəyanətinin sübutu, düşmənlə bir yerdə olduqlarını göstərir. Bəzi ərəb rejimləri Sionistlərlə razılaşaraq xəyanətkar olduqlarını, xəyanətlərilə İslama müsəlmanlara qarşı olduqlarını göstərdilər. Onlar münafiqlərdir.”