Yəmənlilər daha bir casus ABŞ PUA-sını vurdu

Yəmənlilər daha bir casus ABŞ PUA-sını vurdu

Bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmisi Yəhya Sərii bəyan edib.

Az.rasthaber.com "Fars"-a istinadən xəbər verir ki, Yəmən ordusu Məarib əyaləti üzərində ABŞ-a məxsus casus PUA-sını vurub.

Qeyd edilib ki, söhbət "Scan Eagle" PUA-sından gedir.

Xatırladaq ki, 4 dekabrda da yəmənlilər əl-Cuba əyalətində də ABŞ-a məxsus casus PUA-sını vurublar.

Bu, artıq cari il ərzində vurulmuş 8-ci ABŞ PUA-sıdır.

Xəbəri paylaş

VİDEOLAR