Gəminin idarəetməni itirdiyi bildirilir,ölənlər barədə məlumat verilməyib
Rathaber Azərbaycan xəbər verir ki, ticarət gəmisi Hudeyda liman şəhərinin 77 dəniz mil qərbində üç mərmi ilə vurulduqdan sonra idarəetməni itirib.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Onun sözlərinə görə, adı açıqlanmayan gəmiyə ilk iki qayıq yaxınlaşıb, birində 3-5 nəfər, digərində isə təxminən 10 nəfər olub. Qayıqlarda olan insanlarla gəminin heyəti arasında atışma olub. Bundan sonra qayıqlar gəmidən təxminən iki mil məsafəyə geri çəkiliblər.
“UTC saat 05:00-da (Moskva vaxtı ilə 08:00 – təqribən) kapitan bildirdi ki, ticarət gəmisi iki naməlum mərmi, sonra üçüncü mərmi ilə vurulub. Gəminin idarəetməni itirdiyi bildirilir. Ölənlər barədə məlumat verilməyib”, – UKMTO bildirib.
Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra Yəmənin Ənsar Allah hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyini bildirib.