Yəmən təkfirçi qrupların Suriya vətəndaşlarına qarşı törətdiyi cinayətləri pislədi

Yəmən təkfirçi qrupların Suriya vətəndaşlarına qarşı törətdiyi cinayətləri pislədi

Yəmənin Xarici İşlər Nazirliyi bəyanat yayaraq təkfirçi qrupların yüzlərlə suriyalı mülki şəxsə qarşı törətdiyi cinayətləri pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Milli Qurtuluş Hökumətinin Xarici İşlər Nazirliyi təkfirçi qrupların Suriya vətəndaşlarına qarşı törətdikləri cinayətləri pisləməklə yanaşı, bunu beynəlxalq insan haqlarının açıq şəkildə pozulması və Suriyanın sosial quruluşu, birliyi və təhlükəsizliyinə təhdid hesab edib.

Bəyanatda qeyd olunur: “Kompas Suriya xalqının, ərəb və İslam ümmətinin əsl düşmənini, yəni sionist rejimini göstərməlidir. Biz beynəlxalq ictimaiyyəti bu dəhşətli cinayətləri pisləməyə və bu cinayətləri araşdırmaq üçün müstəqil faktaraşdırıcı komitənin yaradılmasına çağırırıq.”

Səna həmçinin beynəlxalq ictimaiyyəti sionist rejimi Suriyaya təcavüzünü dayandırmağa, onun suverenliyini pozmağa və ölkə torpaqlarının işğalına son qoymağa məcbur etməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR