ABŞ müdafiə nazirinin Təl-Əvivə səfəri ləğv edilib

ABŞ müdafiə nazirinin Təl-Əvivə səfəri ləğv edilib

ABŞ müdafiə naziri Pit Heqsetin gələn həftə işğal olunmuş Fələstin ərazilərinə planlaşdırılan səfərinin ləğv edildiyi açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, sionist jurnalist Amichai Stein sosial media hesabında Pit Heqsetin gələn həftə Təl-Əvivə planlaşdırılan səfərinin ləğv edildiyini bildirib.

ABŞ müdafiə nazirinin prezident Donald Trampı Yaxın Şərqə planlaşdırdığı səfərdə müşayiət etmək üçün Təl-Əvivə səfərini ləğv etdiyi bildirilir.

Mayın 13-də başlayacaq Yaxın Şərq turnesi çərçivəsində Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcəyi gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR