Yəmən ordusunun zenit-raket bölməsi təcavüzkar səud koalisiyasına məxsus “CH-4” tipli modern hərbi pilotsuzunu vurub.
Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən ordusunun zenit-raket bölməsi təcavüzkar səud koalisiyasına məxsus “CH-4” tipli modern hərbi pilotsuzunu vurub.
Yəmən ordusunun müharibə təbliğatı qərargahı səud təcavüzkarlarının bu hərbi PUA-nın qalıqlarının foto-şəkillərini sərgiləyib.
Yəmən ordusunun zenit-raket bölməsi bu təyyarəni ötən həftə “yer-hava” tipli raketdən istifadə edərək, Əlcuf vilayətinin səmasında vurubdur.
Bu, yəmənli qüvvələrin vurduqları bu tipdən olan üçüncü təyyarədir.Yəmənli qüvvələr bir dəfə Cizanda, bir dəfə də iki il bundan öncə Səədə-də bu qəbildən iki PUA-nı vurmuşdular.
Ötən il Yəməndəki müxtəlif döyüş bölgələri təcavüzkar səud koalisiyasının hərbi və kəşfiyyat təyyarələrinə şamil olan 60-dan çox qırıcının vurulmasının şahidi olmuşdular. Belə bir halda, Yəmən ordusunun zenit-raket bölməsinin heyranedici addımları bu ölkənin mühasirəsinin davam etməsinə rəğmən, gələcəkdə nəzərəçarpacaq irəliləyiş müjdəsini verir.