Yəmən Səudiyyə PUA-sını vurdu

Yəmən Səudiyyə PUA-sını vurdu

Yəmən ordusu əl-Couf əyaləti səmasında Səudiyyə Ərəbistanı koalisiyasına məxsus MQ9 hərbi PUA-sını vurduqlarını bildiriblər.

Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələri”nin mətbuat katibi Yəhya Səri rəsmi tvitter hesabında yazıb.

Bildirilib ki, “Yəmən Silahlı Qüvvələri əl-Couf əyalətinin səmasında ölkə ərazisinə təcavüz edən MQ9 hərbi pilotsuz təyyarəni yerli istehsal olan havadan müdafiə raketilə vurublar.”

Husilərin mətbuat katibi bu havadan müdafiə raketinin növünün sonra açıqlanacağını bildirib.

Bəzi mənbələr vurulan MQ9 pilotsuz təyyarəsinin Birləşmiş Ərəb Əmirliklərinə aid olduğunu yazıblar.

Xəbəri paylaş

VİDEOLAR