21.10.2020 17:00:04
64-cü hicri-qəməri ilinin Rәbiül-әvvәl ayının 3-ü Müaviyə oğlu Yezidin əmri ilə Allahın evi Kəbənin mancanaqla yandırıldığı günə təsadüf edir. Bu faciə Yezidin ölümündən on bir gün əvvəl baş vermişdir.
64-cü hicri-qəməri ilinin Rәbiül-әvvәl ayının 3-ü (Oktyabrın 20-i) Müaviyə oğlu Yezidin əmri ilə Allahın evi Kəbənin mancanaqla yandırıldığı günə təsadüf edir. Bu faciə Yezidin ölümündən on bir gün əvvəl baş vermişdir.
Yezidin əmri ilə müqəddəs Məkkə evinə hücum və Kəbə evinin yandırılması tarixin qəti hadisələrindəndir və məşhur əhli-sünnə alimləri, o cümlədən, Təbəri özünün “Tarix” kitabında və İbn Əsir “Əl-kamil” əsərində bu faciəni qələmə almışlar. Tarixdə bu faciə belə təsvir olunur:
“Aşura” faciəsindən sonra İslam dünyasının müxtəlif nöqtələrində Əməvilər sülaləsi, məxsusən, Müaviyə oğlu Yezidin əleyhinə imam Hüseynin (ə) qisasını və digər məqsədləri izləyən qiyamlar baş qaldırdı. Həmin qiyamlardan biri də Mədinə əhalisinin qiyamı idi. Belə ki, “Aşura” faciəsindən bir müddət sonra Mәdinә әhalisindәn bir qrup nümayəndə Yеzidi yахındаn görmәk vә оnun hədiyyələrindәn bәhrәlәnmәk üçün Şama yollandı. Onlar Yеzidi məclisdə çəkinmədən aşkar şəkildə şәrаb içmәklə, qumar oynamaqla, it оynаtmаqlа vә şәriәtdәn kәnаr işlәr görmәklə mәşğul olduğunu gördükdə, Mәdinәyә qayıdıb şәhәr әhalisini Yezidin tutduğu yaramaz әmәllәrindәn, İslamazidd həyat tərzindən danışaraq dedilər: “Yеzid şәrаbiçәn, itоynаdаn və fаsiq bir аdаmdır. Bеlә bir şәхsin xәlifә olmağa lәyaqәti yoxdur!” Nәhаyәt, Mәdinә әhalisi qiyam edib, Yezidin bu şәhәrdәki hakimi Osman ibn Mәhәmmәd ibn Әbu Süfyanı, elәcә dә, Mәrvan ibn Hәkәmi vә Əməvilər sülaləsindən olan digәr şәxslәri şәhәrdәn qovub, Abdullah ibn Hәnzәlә ilә beyәt etdi.
Bu xәbәr Yezidә çatdıqda, Mәdinә əhalisini cәzаlаndırmаq məqsədilə Müslim (yaxud Müsrif) ibn Üqbәnin başçılığı ilә böyük bir ordunu Şamdan Mәdinәyә yolladı. Müslim ibn Üqbә öz qoşunu ilә birlikdә Mәdinәnin yaxınlığında yerlәşәn “Hirrә” adlı mәntәqәyә çatdıqda, şәhәr әhalisi xәbәrdar olub onları dәf etmәk üçün hәmin mәntәqәyә doğru üz tutdu. Onların arasında ağır döyüş başlandı vә Mәdinә әhalisindәn bir çoxu qәtlә yetirildi. Mәdinә әhalisi bu ağır döyüşdә müqavimәt göstәrә bilmәyib geri döndü vә “Peyğәmbәr (s) mәscidi”nә sığındı.
Müslim ibn Üqbənin dә ordusu Mәdinәyә yürüş edib, hәyasızcasına vә süvari halda Peyğәmbәr (s) mәscidinә daxil oldu, müqәddәs hәrәmdә kütləvi qırğınlara əl atdı. Mәscid qızıl qana boyandı. Yezidin göndərdiyi оrdu hеç bir çirkinlikdәn çәkinmәdi; nә qәdәr dindаr, tәqvаlı vә mömin insanlar qırıldı, nә qәdәr hörmәtsizliklәr оldu, nә qәdәr qаdın vә qızlаr bu vәhşi оrdunun tәcаvüzünә mәruz qаldı. Tarixdə bu faciə “Hirrə” faciəsi adı ilə məşhurdur.
Bu faciədən sonra Müslim ibn Üqbә, Yezidin әmri ilә Mәdinәdәn çıxıb, Abdullah ibn Zübeyri mәğlub etmәk üçün Mәkkәyә yollandı. Abdullah ibn Zübeyr, Müaviyәnin ölümündәn sonra Yezidә beyәt etmәmiş, Məkkənin rəhbərliyini ələ keçirmiş vә camaatı özünә beyәtә dәvәt etmişdi. Müslim ibn Üqbә isә Mәkkә yolunda – “Qәdid” adlı mәntәqәdә öldü. Ondan sonra Hәsin ibn Nümeyr qoşunun başçılığını öhdәsinә aldı və Mәkkәni mühasirәyә alıb, Mәkkә dağlarından Kәbә evini nәzarәt altında saxladı. Onun ordusu pambıq vә kәtandan hazırlanmış parçalara neft töküb yandırır vә mancanaqla Kәbәyә atırdılar. Nәticәdә, Kəbə evi yandı və binanın divarları uçdu.
Bu hadisә 64-cü ilin Rәbiül-әvvәl ayının 3-dә, Yezidin ölümünә on bir gün qalmış baş verdi. Yezidin göndәrdiyi ordunun çirkin әmәllәri nәticәsindә Mәkkә әhalisi ağır işkәncәlәr vә әzab-әziyyәtlәrә mәruz qaldı. Yezidin ölüm xәbәri Mәkkәyә çatdıqda, Hәsin ibn Nümeyr öz ordusu ilə birlikdә Şama qayıtdı vә Mәkkә әhalisi onun və ordusunun şәrindәn nicat tapdı. (“Tətimmətül-müntəha”, Şeyx Abbas Qummi.)
Qeyd edək ki, Kində qəbiləsindən olan Həsin ibn Nümeyr Əhli-beytlə (ə) düşmənçilik edən və “Siffeyn” döyüşündə imam Əlinin (ə) əleyhinə döyüşən şəxslərdən biri idi. O, Yezidin hakimiyyəti dövründə Kufədə İbn Ziyadın hakim olduğu və imam Hüseynin (ə) səfiri Müslim ibn Əqilin qiyam etdiyi zaman polis rəisi vəzifəsində işləmiş, “Aşura” faciəsində imam Hüseynə (ə) qarşı döyüşərək “ox atanlar” dəstəsinə sərkərdəlik etmiş, “Aşura” faciəsindən sonra Süleyman ibn Sürəd Xüzainin başçılıq etdiyi “Təvvabin” (tövbə edənlər) hərəkatı ilə döyüşmüş, “Hirrə” faciəsində (Mədinənin mühasirəsində) iştirak etmiş, Kəbə evini yandırmış və nəhayət, Muxtarın qiyamı zamanı 67-ci hicri-qəməri ilində İbrahim ibn Əştərin əli ilə öldürülmüşdür. (“Dairətül-məarifil-İslamiyyə”, 7-ci cild, səh.458.)
Maide.Az - Maarif bölümü