Vilayəti: Fələstin tezliklə qələbə əldə edəcək

Vilayəti: Fələstin tezliklə qələbə əldə edəcək

Əli Əkbər Vilayəti Həmas-ın siyasi bürosunun sədri İsmayıl Haniyə ilə telefonla danışıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam İnqilabının rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Həmas-ın siyasi bürosunun sədri İsmayıl Haniyə ilə telefon danışığında, onu Fələstin xalqının qeyrətli oğullarının və Fələstinin həlledici və dəyərli cihadında mühüm və təsirli qüvvələrindən biri kimi Həması-ın qazandıqları uğurlar və nailiyyətlər münasibətilə təbrik edib, həmçinin qadın və uşaqlar da daxil olmaqla bir qrup məzlum fələstinlinin şəhid olması ilə əlaqədar başsağlığı verərək deyib: "Fələstinin şərəfli xalqı, 25 ildən çoxdur ki, qəsbkar sionist rejimin cinayətləri qarşısında müqavimət göstərir, bu cinayətkarlarla döyüşür və şəhid verir və İslami oyanışın bayraqdarı olduqlarını sübut edib".

"İnşallah, tezliklə qələbə əldə ediləcək və siz hazırkı dövrdə cihadın bariz nümunəsisiniz və şərəfli Fələstin xalqı sizin bayraqınız altında İslam dünyasında azadlıq hərəkatının daima ön sıralarında olduğunu göstərdi", - Vilayəti deyib.

Həmas hərəkatının siyasi bürosunun sədri İsmayıl Həniyyə də İran İslam Respublikasının Fələstin məsələsindəki mövqeyini qiymətləndirərək deyib: "İran İslam Respublikası  Fələstin və Qüdsi-Şərifin amalını dəstəkləməkdə öncül ölkələrdən biridir və Allah-ın lütfü ilə Qüdsü, İslami dəyərləri və Fələstini müdafiə etmək üçün İslam ümmətinin ilk səngərində hazırıq".

Xəbəri paylaş

VİDEOLAR