Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi sionist rejimin Fələstin xalqına qarşı törətdiyi cinayətlərə toxunaraq vurğulayıb ki, dünya ictimaiyyəti hal-hazırda Fələstində baş verən açıq aşkar soyqırıma şahiddir.
Az.rasthaber.com xəbər verir ki, Əl-Husi bildirib:
Bu həftə dünyanı dəhşətə salan və sionist qatillərin bütün dünyanın gözü qarşısında həyata keçirdiyi vəhşiliklərin şahidi olduq.
O əlavə edib:
Qərb heç bir qırğın və soyqırım vasitəsindən çəkinməyib və bütün bu vəhşiliklərdə sionist qatillərə tam dəstək göstərib. ABŞ diktator rejimi bu cinayətkar sionistləri müdafiə edir və onların əməliyyatlarında birbaşa iştirak edir, halbuki özünü guya bəşəriyyətin xilaskarı kimi təqdim edir.
Əl-Husi qeyd edib:
Düşmən İsrailin öz məqsədlərinə çatmaqda uğursuz olması onların zəif psixoloji durumunun sübutudur və eyni zamanda bəzi müsəlmanların biganəliyinin acı göstəricisidir.
Ənsarullah lideri əməliyyatlara da toxunaraq bildirib:
Bu həftə ərzində 45 hücum həyata keçirilib – səsdən sürətli raketlər, ballistik raketlər, pilotsuz uçuş aparatları və döyüş qayıqları vasitəsilə. İşğalçı İsrail rejiminin gəmiçilik fəaliyyətinə qarşı Qırmızı dəniz, Ədən körfəzi və Ərəb dənizində tətbiq olunan dəniz embarqosu davam edir.
O vurğulayıb:
Ümmürrəşraş (Eylat) limanının yenidən açılması mümkün deyil. Yəmənin mövqeyi tam qətidir və Qırmızı dənizdə baş verənlər bu bölgədə sionist rejimlə əməkdaşlıq edən bütün gəmiçilik şirkətləri üçün açıq bir dərsdir. Bu gəmilərlə ciddi və qəti şəkildə davranılacaq.