Beynəlxalq Əfv Təşkilatı ABŞ-nin BMT-nin xüsusi məruzəçisinə qarşı sanksiyasını pisləyib

Beynəlxalq Əfv Təşkilatı ABŞ-nin BMT-nin xüsusi məruzəçisinə qarşı sanksiyasını pisləyib

Beynəlxalq Əfv Təşkilatı ABŞ tərəfindən BMT-nin xüsusi məruzəçisi Franseska Albaneseyə qarşı tətbiq edilən sanksiyaları beynəlxalq ədalət prinsiplərinə hücum adlandıraraq, beynəlxalq ictimaiyyəti bu hərəkəti qınamağa çağırdı.

Az.rasthaber.com xəbər verir ki, təşkilat yayımladığı bəyanatda bildirib ki, bu sanksiyalar beynəlxalq hüququ susdurmaq və Fələstin xalqının hüquqlarını müdafiə edənləri təhdid etmək məqsədi daşıyır.

 

Aqnes Callamard, BƏT-in baş katibi, bəyanatda qeyd edib:

 

“Xüsusi məruzəçilər hökumətlərin xoşuna gəlmək üçün və ya populyarlıq üçün deyil, ədaləti həyata keçirmək və insan haqlarını müdafiə etmək üçün təyin olunurlar.”

 

O əlavə edib ki, bu sanksiyalar ABŞ prezidenti Donald Trampın əvvəlki prezidentlik dövründə insan haqlarına və beynəlxalq hüquqa qarşı başladılan siyasətin davamıdır və məqsədi fələstinlilərin hüquqları uğrunda mübarizə aparanların səsini boğmaqdır.

 

Callamard həmçinin dünya ölkələrini və beynəlxalq qurumları bu sanksiyaları ləğv etmək üçün qətiyyətli addımlar atmağa çağırıb.

Xəbəri paylaş

VİDEOLAR