Sionist İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 nəfər artaraq 50 min 21 nəfərə çatıb.
Yəmənin Ənsarullah Hərəkatının Siyasi Bürosu sionistlərin Livan və digər ərəb ölkələrinə hücumlarının ABŞ-ın Yəmənə hücumları ilə uyğunlaşdığını bildirib və vurğulayıb ki, İslam ümməti və ərəb ölkələri və xalqları bu işğalçı rejimin cinayətlərinə qarşı vahid və qətiyyətli mövqe nümayiş etdirməlidirlər.
Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə USS Harry S. Truman təyyarədaşıyan gəmisi və bəzi digər düşmən dəniz elementləri ilə qarşıdurmaya girdiklərini açıqlayıb. Yəmən ordusu saatlarla davam edən qarşıdurma zamanı çoxsaylı raket və pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyini bildirib.