İran Ukraynaya ETİRAZ NOTASI verdi

İran Ukraynaya ETİRAZ NOTASI verdi

Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Az.rasthaber.com xəbər verir ki, bəzi Ukrayna rəsmilərinin İsrail rejimi və ABŞ-ın İrana təcavüzü ilə bağlı iddialarından sonra bu ölkənin Tehrandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Bildirilib ki, ukraynalı diplomat Ukrayna rəsmilərinin təxribatçı sözlərinə və nalayiq münasibətinə etiraz etmək üçün çağırılıb.

İran Xarici İşlər Nazirliyinin Birinci Avrasiya Departamentinin rəhbəri Şehram Farsai Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini çağıraraq, məsələ ilə bağlı Tehranın kəskin etirazını ona çatdırıb.

Bildirilib ki, Ukraynanın müvəqqəti işlər vəkili də Tehranın mövqeyini ölkəsinə çatdıracağını bəyan edib.

Xəbəri paylaş

VİDEOLAR