Livan Hizbullahı sionist rejim ordusunun komandanlıq mərkəzinə pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayhan Hacızadə “Ölkəmizin Tehrandakı səfirliyinin yeni yeri açıqlanıb” deyib.
Bəhreynin paytaxtı Manamada keçirilən sammitdə iştirak edən ərəb liderləri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıblar.
Əl-Əqsa Tufanı əməliyyatından sonra İşğal olunmuş Qüds şəhərinin Polis rəisi Doron Turcmen də cümə axşamı tutduğu vəzifədən istefa verib.
Misir prezidenti ərəb ölkələrinin sammitində işğalçı İsrail rejiminin atəşkəs danışıqlarındakı uğursuzluğu və məsuliyyətsizliyindən danışıb.
"ABŞ Yəmənə qarşı hərbi təcavüzə haqq qazandırmaq üçün İran haqqında yalanlar yayır"
Rəsmi Bakı Fransanın daxili işlər naziri Jerar Darmaninin “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi fikirləri tamamilə rədd etdiyini bəyan edib.
Sionist rejimin mediaları bu gün cümə axşamı xəbər veriblər ki, Hizbullah ilk dəfə olaraq işğal altındakı Fələstinin şimalında Əl-Mutla bölgəsində rejim mövqelərinə qarşı “S5” tipli hava-yer raketi ilə silahlanmış pilotsuz təyyarədən istifadə edib.
Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi Amerikanın Fələstin xalqının soyqırımı, Qəzzə zolağının mühasirəsi və bu bölgənin cənubundakı Rəfah keçidinin bağlanmasında şərik olmasına toxunaraq deyib: “Rəfah keçidinə hücum edib oranı işğal etmək planını İsrail rejiminə verən amerikalılar idi.”
Ermənistan və Azərbaycan iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşündə yeni sərhəd protokolu imzalayıblar.