Ermənistan və Azərbaycan sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalayıblar

Ermənistan və Azərbaycan sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalayıblar

Ermənistan və Azərbaycan iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşündə yeni sərhəd protokolu imzalayıblar.

Az.rasthaber.com xəbər verir ki, Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.

Görüşdə komissiyalar səkkizinci iclasının 19 aprel 2024-cü il tarixli protokoluna uyğun olaraq görülən işləri müzakirə ediblər.

Nəticədə, Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) - Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin Sovet İttifaqının dağılması zamanı mövcud olan mötəbər hüquqi qüvvədə olan respublikalar arasındakı sərhədlə uyğunlaşdırılması müəyyən edilib.

Xəbəri paylaş

VİDEOLAR