Əl-Əqsa Tufanı əməliyyatından sonra İşğal olunmuş Qüds şəhərinin Polis rəisi Doron Turcmen də cümə axşamı tutduğu vəzifədən istefa verib.
O 1992-ci ildə Qolani Briqadasında (İsrail Quru Qoşunlarının Piyada Briqadası) xidmət etdikdən sonra "Qüdsdə Təhqiqat" bölməsinə qoşulub. Bu sionist məmur hələ də istefasının əsas səbəbini açıqlamayıb. Qüds Polisi rəisinin istefası Sionist Daxili Təhlükəsizlik Şurasının strateji məsələlər üzrə rəhbəri Yoram Hamonun da bir neçə gün əvvəl istefa verdiyi bir vaxtda baş verir və buna səbəb də baş nazirin döyüşdən sonrakı durum, Qəzzanın şimalındakı əməliyyatların geri qayıtması ilə qərar verməməsi olub.
İsrail mediası bundan əvvəl işğalçı ordunun (Aman) hərbi kəşfiyyat təşkilatının rəhbəri Aharon Halivanın istefasından sonra İsrail rəsmilərinin kütləvi istefaları ilə bağlı xəbərdarlıq etmişdi.