İranın xarici işlər naziri Seyid Abbas Əraqçı Srebrenitsa soyqırımının 30-cu ildönümündə yazıb: Əgər dünya Srebrenitsa faciəsindən həqiqətən dərs çıxarsaydı, bu gün müsəlmanlara qarşı daha bir soyqırım – bu dəfə Qəzzada – baş verməzdi.
Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi sionist rejimin Fələstin xalqına qarşı törətdiyi cinayətlərə toxunaraq vurğulayıb ki, dünya ictimaiyyəti hal-hazırda Fələstində baş verən açıq aşkar soyqırıma şahiddir.
Beynəlxalq Əfv Təşkilatı ABŞ tərəfindən BMT-nin xüsusi məruzəçisi Franseska Albaneseyə qarşı tətbiq edilən sanksiyaları beynəlxalq ədalət prinsiplərinə hücum adlandıraraq, beynəlxalq ictimaiyyəti bu hərəkəti qınamağa çağırdı.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampın Braziliya idxalına 50 faizlik gömrük rüsumunun tətbiqi qərarına cavab verəcəklərini açıqlayıb.