Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampın Braziliya idxalına 50 faizlik gömrük rüsumunun tətbiqi qərarına cavab verəcəklərini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, X sosial media platformasındakı paylaşımda Lula da Silva xəbərdarlıq edib ki, ABŞ-ın Braziliyanın İqtisadi Qarşılıqlılıq Qanunu çərçivəsində tarifləri birtərəfli qaydada artırmaq üçün istənilən addımına cavab verəcəklər.
Braziliyanın müstəqil qurumlara malik suveren ölkə olduğunu və başqa heç bir ölkənin maraqlarına təsir etməyəcəyini vurğulayan Lula da Silva, ABŞ-ın son 15 ildə Braziliya ilə təxminən 410 milyard dollarlıq ticarət profisiti olduğunu qeyd etdi.
Lula da Silva yerli və xarici bütün şirkətlərin ölkəsində fəaliyyət göstərmək üçün Braziliya qanunlarına riayət etmələrinin tələb olunduğunu qeyd edərək bildirib: "Ona görə də hər hansı birtərəfli tarif artımı Braziliya İqtisadi Qarşılıqlı Qanuna uyğun aparılacaq. Suverenlik, hörmət və Braziliya xalqının maraqlarının sarsılmaz müdafiəsi dünya ilə əlaqələrimizi istiqamətləndirən dəyərlərdir."
Qeyd edək ki, Tramp Braziliya məhsullarına bütün sektor tariflərindən ayrı olaraq 50% rüsum tətbiq ediləcəyini açıqlayıb.
Yeni tarifin avqustun 1-dən qüvvəyə minəcəyini qeyd edən Tramp, 50% vergidən yayınmaq üçün dolayı yolla ölkəyə gətirilən məhsulların daha yüksək tarifə məruz qalacağı barədə xəbərdarlıq edib.