Qəzzəki hökumət informasiya mərkəzi 3 May (Ümumdünya Mətbuat Azadlığı Günü) ərəfəsində bildirib ki, işğalçı rejim oktyabrın 7-də Qəzzə zolağına hücumunun başlanğıcından bu yana 141 jurnalisti şəhid edib.
İraq İslami Müqaviməti cümə günü səhər saatlarında işğal olunmuş ərazilərdəki "Bəər əs-Sabah" bölgəsindəki həyati bir hədəfi raket hücumu ilə hədəfə aldığını elan edib. Bu hücum cümə axşamı günortadan sonra "Kruz" raketləri ilə həyata keçirilib.
HƏMAS-ın Livandakı nümayəndəsi Qəzzə zolağında atəşkəsə nail olmaq üçün Qahirədə davam edən danışıqlara toxunaraq deyib: “Danışıqların bu mərhələsinin nəticələrini qiymətləndirmək və onun müsbət cəhətləri barədə danışmaq hələ tezdir.”