İraq İslami Müqaviməti cümə günü səhər saatlarında işğal olunmuş ərazilərdəki "Bəər əs-Sabah" bölgəsindəki həyati bir hədəfi raket hücumu ilə hədəfə aldığını elan edib. Bu hücum cümə axşamı günortadan sonra "Kruz" raketləri ilə həyata keçirilib.
Az.rasthaber.com xəbər verir ki, İraq İslami Müqaviməti elan edib: sionist rejimin işğalçı siyasətinə etiraz olaraq, Qəzza xalqına qarşı törədilən soyqrıma və fələstinli mülki şəxslərə qarşı həyata keçirilən cinayətlərinə cavab olaraq, raket hücumları həyata keçirdik.
Əl-Məyadin şəbəkəsi həmçinin bildirib ki, Tel-Əviv ilk dəfə olaraq İraq ərazisindən hücuma məruz qalıb.İraq İslami Müqaviməti cümə axşamı səhər saatlarında işğal altındakı Fələstinin Eylat limanında mühüm hədəfə PUA-la hücum etdiyini açıqlayıb.