Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakı Boyaqlı kəndini əhatə edəcək.

Az.rasthaber.com xəbər verir ki, bu barədə məlumat “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”nda öz əksini tapıb.

Baş plana əsasən, şəhərin şimal-şərq istiqamətindəki əsas girişindən başlayaraq cənub-qərb istiqamətində uzanan baş küçəsi planlaşdırma strukturunun əsasını təşkil edəcək.

Qeyd edək ki, şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali). Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq.

Xəbəri paylaş

VİDEOLAR