Ukrayna: Zelenski və Putinin görüşü hazırlanır

Ukrayna: Zelenski və Putinin görüşü hazırlanır

Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putin arasında görüşün təşkili üzərində iş gedir.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiga bildirib.

Nazirin sözlərinə görə, belə bir görüşün geniş formatda keçirilməsi ehtimalı da nəzərdən keçirilir. O həmçinin qeyd edib ki, tərəflər artıq hərbi əsirlərin dəyişdirilməsi barədə razılığa gəlib və bu proses başlayıb.

Sibiga əlavə edib ki, Ukrayna tərəfi ABŞ prezidenti Donald Trampın da həmin görüşdə iştirak etməsini çox istərdi. Onun fikrincə, gələcək danışıqlarda Avropa ölkələrinin də masada təmsil olunması vacibdir.

Nazir, eyni zamanda, Ukraynanın Vatikanı mümkün sülh danışıqları üçün yer olaraq görməkdə hələ də maraqlı olduğunu vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR