Qəzzada artan qarşıdurma və beynəlxalq təzyiqlərdən sonra Qətərin paytaxtı Dohada Həmas və sionist İsrail arasında atəşkəs danışıqları bərpa edilib. Ərəb liderləri münaqişənin dərhal dayandırılmasını tələb edərkən, Birləşmiş Millətlər Təşkilatı və region ölkələri İsraili tənqid atəşinə tutdular.
Az.rasthaber.com xəbər verir ki, Qəzzada intensiv toqquşmalar və mülki əhali arasında itkilərin artmasının ardınca Həmas və sionist İsrail arasında əvvəllər dayandırılmış atəşkəs danışıqları bərpa edilib. Danışıqların Qətərin paytaxtı Dohada keçirildiyi bildirilir. Ərəb liderləri bölgədə daimi atəşkəsə çağırarkən, Birləşmiş Millətlər Təşkilatı və bəzi region ölkələri İsrailin hərbi əməliyyatlarını sərt şəkildə tənqid ediblər.
HƏMAS rəsmisi Tahir əl-Nono bildirib ki, Həmas Qəzzada sionist İsraillə atəşkəs danışıqlarının yeni mərhələsinin Qətərin paytaxtı Dohada davam etdiyini təsdiqləyib.
Onun sözlərinə görə, hər iki tərəf “ilkin şərt” olmadan bütün məsələləri müzakirə edib. Danışıqlar atəşkəs üçün qatil İsrailə təzyiqlərin artdığı bir vaxta təsadüf edir.
Bağdadda keçirilən sammitdə toplaşan ərəb liderləri Qəzzada müharibənin dərhal dayandırılmasını tələb ediblər.
Soyqırımçı İsrailin hücumlarını intensivləşdirməsindən sonra verilən açıqlamalarda məqsədin fələstinliləri Qəzzadan tamamilə çıxarmaq olduğu vurğulanıb.
Misir prezidenti Əbdülfəttah əs-Sisi sionist İsrailin hərəkətlərini “sistemli cinayətlər” adlandırıb və onların “Qəzza zolağında fələstinliləri məhv etmək” məqsədi daşıdığını bildirib.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani qatil İsraili soyqırım törətməkdə ittiham edib. Sammitdə çıxış edən BMT-nin baş katibi Antonio Quterreş “Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasının heç bir əsası yoxdur” deyib.