Twitter Süleyman Soylunun hesabını LGBT-yə görə blokladı

Twitter Süleyman Soylunun hesabını LGBT-yə görə blokladı

“Twitter” sosial şəbəkəsi Türkiyə DİN başçısı Süleyman Soylunun hesabında paylaşdığı ismarıcı məhdudlaşdırıb.

Rasthaber Azərbaycan Türkiyə KİV-inə istinadla xəbər verir ki, Soylu sözügedən paylaşımda Boğaziçi universitetinin qarşısında müqəddəs Kəbənin fotosunu ayaqlar altına atanları sərt tənqid edərək, onları “LGBT azğınları” adlandırmışdı.

Bundan sonra LGBT üzvləri sosial şəbəkədə kampaniya başladaraq, Soylunun yanvarın 30-dakı paylaşmasını “mühafizə edilən qrup üzvlərinə nifrət” kimi dəyərləndirilməsini istəyib. Məsələni araşdıran “Twitter” rəsmiləri bu xahişi yerinə yetiriblər və nazirin hesabı qismən bloklanıb.

Süleyman Soylu bu gün sosial şəbəkələrdə yeni məlumat yerləşdirərək, bir daha “LGBT azğınları” ifadəsinə yer verib: “Müəzzəm Kəbəni təhqir edən LGBT azğınlarına səbr etməliyikmi? Əlbəttə ki, yox!”

Xəbəri paylaş

VİDEOLAR