İsraildən etiraf: Müharibə Nazirliyinin binası birbaşa İran raketləri ilə hədəfə alınıb

İsraildən etiraf: Müharibə Nazirliyinin binası birbaşa İran raketləri ilə hədəfə alınıb

Sionist media orqanı ilk dəfə olaraq etiraf edib ki, İran İslam Respublikasının son raket hücumunda bu rejimin Təl-Əvivdəki “Kirya” kimi tanınan Müharibə Nazirliyinin binası birbaşa vurulub və zədələnib.

Az.rasthaber.com İRNA-ya istinadən xəbər verir ki, “Memon” qəzeti sionist rejimin media məkanında mühüm və misli görünməmiş bir addımla bir xəbər dərc edərək ilk dəfə etiraf edib ki, işğalçı rejimin ən həssas hərbi və təhlükəsizlik mərkəzlərindən biri, yəni İsrail Müharibə Nazirliyinin Təl-Əvivdə yerləşən “Kirya” binası İran İslam Respublikasının raket hücumu zamanı bilavasitə hədəfə alınıb.


Qəzet İran raketlərinin yüksək dəqiqliyinə diqqət çəkərək yazıb ki, bu raketlərin birbaşa binanın yuxarı mərtəbələrinə vurulması xeyli ziyan vurub; baxmayaraq ki, İsrail rəsmiləri mediaya sərt senzura tətbiq etməklə hücumun əsl miqyasını gizlətməyə çalışıblar.

Hesabatda həmçinin göstərilir ki, İsrail ordusundakı bəzi mənbələr rejimin hava hücumundan müdafiə sistemlərinin bu raketləri ələ keçirə bilməməsini “strateji uğursuzluq” kimi qiymətləndirib, çünki ordunun komandanlıq mərkəzi olan Kiryat işğal olunmuş ərazilərdə ən mühüm təhlükəsizlik və hərbi məntəqələrdən biri hesab olunur.

Xəbəri paylaş

VİDEOLAR