Türkiyəyə keçən PKK terrorçusu yaxalandı

Türkiyəyə keçən PKK terrorçusu yaxalandı

Türkiyənin Kilis şəhərində Suriyadan ölkəyə qanunsuz keçməyə cəhd edən terror təşkilatı PKK/YPG üzvü bir terrorçu yaxalanıb.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə güc strukturları məlumat yayıb.

Suriyadan bir terrorçunun Türkiyəyə qanunsuz yolla girəcəyi barədə məlumat alan təhlükəsizlik qüvvələri onun yaxalanması üçün fəaliyyətlərə başlayıb. 

Görülən tədbirlər nəticəsində terrorçu M.A. sərhədi keçmək istəyərkən təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Terrorçunun Kilis Polis Şöbəsindəki rəsmi işlərdən sonra İstanbula aparılacağı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR