Türkiyə bu ixracatdan böyük miqdarda xeyir əldə edib
Türkiyənin birdəfəlik tibbi maskalar və kolonya (odekolon tipində xüsusi spirtli maddə) ixracında keçən il 2019-cu ilə müqayisədə rekord artım qeydə alınıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə, keçən il 135 ölkəyə birdəfəlik tibbi maskalar, 116 ölkəyə kolonya ixrac edib.
Ölkənin tək istifadəli tibbi maska ixracatı 2020-ci ildə bir əvvəlki ilə müqayisədə 123 dəfə artaraq 216 milyon 678 min 896 dollara çatıb.
Bu rəqəm 2019-cu ildə 1,8 milyon dollar idi.