Türkiyədə 24 saatda 103 ölüm faktı qeydə alınıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 103 ölüm faktı qeydə alınıb.
Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 26 min 900 nәfәrә çatıb.
Ölkədə 139 min 538 nəfər testdən keçirilib. Onlardan 8 min 103 nəfərdə virus əlaməti aşkarlanıb, 632 nəfər müalicəyə cəlb olunub.
Sağalan 8 min 567 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək 2 milyon 449 min 273 nəfər müalicə olunub.