Birləşmiş Dövlət-İş Konfederasiyası açıqlayıb
Birləşmiş Dövlət-İş Konfederasiyası Türkiyədə inflyasiya ilə bağlı araşdırma aparıb.
Rasthaber Azərbaycan xəbər verir ki, 2020-ci ilin may ayı ilə 2021-ci ilin may arasındakı qiymət artımı müqayisə olunub.
Araşdırmanın nəticəsinə görə, son 1 il ərzində ümumilikdə ərzaq-qida qiymətlərində 32.5 faiz artım qeydə alınıb.
Bu aya görə, çörək, un, bulğur, makaron qiymətləri 21.5 faiz, ət-balıq qiymətləri 14.1 faiz, süd və süd məhsulları və yumurta qiymətləri 30 faiz artıb.
Meyvə qiymətlərində 37.6 faiz, göyərti və yaşıl qida qiymətlərində 88.7 faiz artım qeydə alınıb.