Türkiyədə hərbi hissəyə hücumun qarşısı alnıb

Türkiyədə hərbi hissəyə hücumun qarşısı alnıb

Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkirdə yerləşən aviasiya təyinatlı hərbi hissəsinə terrorçular tərəfindən hücum olub.

Rasthaber Azertac-a istinadla xəbər verir ki, mayın 19-da Türkiyə vaxtı ilə saat 00.30-da oyuncaq təyyarələrlə həyata keçirilən hücum cəhdinin qarşısı hərbçilərin sayıqlığı nəticəsində alınıb. Türkiyə Milli Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib. Hər iki mənbədən bildirilir ki, oyuncaq təyyarələrin vurularaq zərərsizləşdirilməsi sayəsində hücum cəhdinin qarşısı qətiyyətlə alınıb.

Hadisə ilə bağlı Diyarbəkir valiliyindən yayılan məlumatda qeyd olunub ki, hadisə nəticəsində dağıntı və tələfat baş verməyib.

Xəbəri paylaş

VİDEOLAR