Türkiyə Yunanıstanı bir daha qeyd-şərtsiz dialoqa dəvət edib.
Rasthaber trthaber-ə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Şərqi Aralıq dənizindəki seysmik fəaliyyətlərlə bağlı deyib: “Ölkəmiz beynəlxalq hüquqdan irəli gələn hüquqları çərçivəsində bölgədəki fəaliyyətlərini davam etdirəcək“.
Yunanıstanın Xarici İşlər Nazirliyindən dünən Türkiyənin Şərqi Aralıq dənizindəki dənizdibi ərazisində apardığı seysmik fəaliyyətləri ilə əlaqədar əsassız bəyanatların təkrarlandığını bildirən Hami Aksoy Yunanıstanın hər Navtexdən (dənizçilərin elanı) sonra Türkiyənin fəaliyyətlərinə etiraz etməsinin boş yerə göstərilən səy olduğunu qeyd edib.
Aksoy Türkiyənin Yunanıstanla əməkdaşlığa və iki ölkə rasındakı problemlərin dialoq yolu ilə həll etməyə hazır olduğunu ifadə edib.
”Əlbətdə, ölkəmizin və Şimali Kibrıs Türk Cümhuriyyətinin qanuni haqq və maraqlarını müdafiə etməyə qətiyyətlə davam edəcək”, -deyə Aksoy əlavə edib.