Türkiyə XİN-dən Suriyadakı seçkilərlə bağlı açıqlama

Türkiyə XİN-dən Suriyadakı seçkilərlə bağlı açıqlama

Türkiyə Suriya hökumətinin mayın 26-da təşkil etdiyi seçkilərin qeyri-qanuni olduğunu bildirdi.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyə  Xarici İşlər Nazirliyindən edilən şərhdə yazılır: "Suriya rejimi tərəfindən təşkil edilən seçkilər xalqın azad iradəsini əks etdirməyən qeyri-qanuni bir xüsusiyyət daşımaqdadır.

  Azad və ədalətli olmayan şəraitdə keçirilən seçkilər Suriya ixtilafının siyasi həllinə dair Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2254 saylı qərarıyla uyğun gəlmədiyi kimi, rejimin siyasi müddətlə bağlı səmimiyyətsiz yanaşmasını da ortaya qoyur.

  Rejim nəticəsi məlum seçkiləri qarşıya qoyaraq süni hökumət möhkəmləndirmə cəhdlərinə gedib. BMT-nin vasitəsi ilə suriyalıların iradəsinin davam etdirilməsi əhəmiyyət daşıyır.

  Türkiyə bu istiqamətdəki səylərini Suriya xalqıyla həmrəylik içində qərarlı şəkildə davam etdirəcək."

Xəbəri paylaş

VİDEOLAR