“Oruç Reis” Şərqi Aralıq dənizində geokəşfiyyat fəaliyyəti üçün dənizə çıxıb.
Rasthaber Azərbaycan “TRT Haber”-ə istinadən xəbər verir ki, Türkiyənin tədqiqat gəmisi “Oruç Reis” Şərqi Aralıq dənizində geokəşfiyyat fəaliyyəti üçün dənizə çıxıb.
“Oruç Reis” gəmisi 22 oktyabradək Kastellorizo adasından cənubda işləyəcək”, – deyə qeyd edilib.
Tədqiqat gəmisini “Ataman” təchicat gəmisi və “Çingizxan” yedək gəmisi müşahidə edəcək.
Xatırladaq ki, Türkiyə Aralıq dənizinin şərq hissəsində seysmik araşdırmalara başladıqdan sonra Ankara və Afina arasındakı münasibətlər kəskinləşib.