Türkiyə rəsmilərindən İsrail polisinin Əqsa məscidindəki son hücumlarına etiraz

Türkiyə rəsmilərindən İsrail polisinin Əqsa məscidindəki son hücumlarına etiraz

Türkiyə rəsmiləri İsrail polisinin Əqsa məscidindəki son hücumlarına etiraz edib

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İsrail polisinin Əl-Aksa məscidində camaata müdaxiləsinə reaksiya göstərib.

Şentop "Twitter" hesabında "Hər Ramazanda olduğu kimi İsrailin artan zorakılıq və zülm günlərinin şahidi olunur" deyib.

"Bu gecə Əl- Aksada namaz qılan camaata edilən hücum açıq bir dövlət terrorudur. Zorakılıq və qəddarlıq əkən, sülh və əmin-amanlıq biçə bilməz. Əl-Aksadakı terroru lənətləyirəm" ifadələrdən istifadə edib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da İsrail polisinin namaz qılan camaata müdaxiləsinə sərt reaksiya verib.

Mövlud Çavuşoğlu "Twitter" hesabında “İlk qibləmiz olan Əl-Aksaya edilən hücumu kəskin şəkildə qınayıram. İsrailin mübarək Ramazan zamanı günahsız ibadət edənləri hədəf alması insanlıqdan kənar bir şeydir. Yaralı qardaşlarımıza təcili şəfa diləyirəm. Biz həmişə Fələstin xalqının haq işində onun tərəfdarıyıq” ifadələrdən istifadə edib.

Prezident Aparatının sözçüsü İbrahim Kalın da "Twitter" hesabından verdiyi açıqlamada deyib:
"İsrail polisinin Əl-Aksaya  girərək səs bombaları ilə hücum etməsini kəskin şəkildə qınayırıq. Müqəddəs Ramazan günlərində heç bir müqəddəsə hörmət etməyən İsrail işğal qüvvələri dərhal Əl-Aksayanı tərk etməlidirlər. Bu iyrənc və ehtiyatsız hücumlar dərhal dayanmalıdır".

Qeyd edək ki, İsrail polisi dünən (7 may) axşam Əl-Aksaya girmiş və buradakı camaata səs bombası ilə hücum etmişdi.

Hərəm-i Şərifdə səs və qaz bombalarından istifadə edərək camaatı dağıtmağa çalışan İsrail polisi fələstinlilərin məscidin Silsilə qapısına girməsinə icazə verməyib.

İsrail polisinin məscidə müdaxiləsi xüsusilə qadınlar və uşaqlar üçün çaxnaşmaya səbəb olub.

Şeyx Cerrah bölgəsində isə ərəblər və yəhudilər arasında baş verən qarşıdurmadan sonra Yəhudi köçkünlər evlərindən zorla çıxarılmaqla təhdid edilən fələstinlilərə atəş açıblar.

Əl-Aksa məscidi, Şam Qapısı və Şeyx Cerrah məhəlləsində İsrail polisinin fələstinlilərə hücumlarında 163 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR