Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
"İraqın şimalında davam etdirilən "Pəncə-İldırım" əməliyyatının keçirildiyi bölgədə yerləşən bazaya terrorçular tərəfindən təşkil edilən hücum nəticəsində bir hərbçi şəhid olub, iki hərbçi də yaralanıb."
Rasthaber Azərbaycan xəbər verir ki, bu məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı xəbərdə qeyd edilir.
Məlumatda xəsarət alan hərbçilərin xəstəxanaya yerləşdirildiyi önə çəkilir.