Türkiyə "Pəncə-Qartal-2" əməliyyatında 2 hərbçinin şəhid olduğunu və 4 hərbçinin yaralandığını bildirib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi "Pəncə-Qartal-2" əməliyyatında 2 əsgərin şəhid olduğunu və 4 əsgərin yaralandığını bildirib.
Nazirliyin verdiyi açıqlamaya görə, İraqın şimalındakı Qara bölgəsində başladılan "Pəncə-Qartal-2" əməliyyatında terrorçularla baş vermiş atışma nəticəsində 2 əsgər şəhid olub.
Açıqlamada qarşıdurmada yaralanan 4 əsgərin dərhal xəstəxanaya yerləşdirildiyi, bölgədə aparılan əməliyyat zamanı müəyyən edilmiş hədəflərin hava hücumu ilə vurulduğu və terrorçuların mövqelərinə ciddi zərbələr endirildiyi də bildirilir.