Türkiyə Böyük Millət Məclisinin sədri: Ermənistan müharibə cinayətləri edir

Türkiyə Böyük Millət Məclisinin sədri: Ermənistan müharibə cinayətləri edir

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistanın artıq qlobal bir problemə çevrildiyini bildirib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbərinə görə, Mustafa Şentop sosial şəbəkə hesabında etdiyi paylaşımda deyib ki, Ermənistan Moskvada əldə olunan humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozaraq mülki əhalini hədəfə almaqda davam edir. Bu hücumlar, mülki əhalinin hədəfə alınması, sözün əsl mənasında, müharibə cinayətləridir. Ermənistan artıq qlobal bir problemə çevrilib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan Rusiyanın paytaxtı Moskvada keçirilən görüşlərdə 10 oktyabr 2020-ci il tarixində yerli saatla 12:00-dan qüvvədə olacaq şəkildə Dağlıq Qarabağdakı cənazələrin və əsirlərin mübadiləsini nəzərdə tutan humanitar məqsədli atəşkəs qəbul etmişdi.

Ermənistan ordusunun atəşkəs qərarının üzərindən 24 saat keçmədən Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücumu nəticəsində 9 mülki vətəndaş həlak olub, 34 nəfər isə yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR